İlham Əliyev iki sərəncam imzaladı
Prezident İlham Əliyev iyunun 5-də “Goranboy şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında” Sərəncam imzalayıb.
Yenicag.az xəbər verir ki, Goranboy şəhərində qəzalı vəziyyətdə olan çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 40 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Goranboy Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.
***
Prezident İlham Əliyev iyunun 5-də “Naftalan şəhərində yeni körpələr evi-uşaq bağçası binasının tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
Naftalan şəhərində yeni 200 yerlik körpələr evi-uşaq bağçası binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Naftalan Şəhər İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.