!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyev iki zavodun açılışını etdi-FOTO

!Reklam – Yazi

b04e2952-3685-4f94-893c-33ca38d26065_292

Bu gün Azərbaycan prezidenti İlham Əliyev  Sumqayıt şəhərində “Azertexnolayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin texniki avadanlıqlar zavodunun açılış, “SOCAR Polymer” layihəsi çərçivəsində inşa ediləcək yüksək sıxlıqlı polietilen zavodunun təməlqoyma, “Azərikimya” İstehsalat Birliyinin etilen-polietilen zavodunun istifadəyə verilməsi mərasimlərində iştirak edib.

“Report” xəbər verir ki, əvvəlcə dövlət başçısı “Azertexnolayn” MMC-nin texniki avadanlıqlar zavodunun açılışını edib.

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev dövlət başçısına zavodun fəaliyyəti haqqında məlumat verib.

Bildirilib ki, illik istehsal həcmi 6500 ton olan müəssisədə polad və çuqun əritmə üsulu ilə hidrotexniki məhsulların hissələri hazırlanır.

İlham Əliyev zavodu işə salıb, istehsal prosesinə baxıb.

Sonra dövlət başçısı “SOCAR Polymer” layihəsi çərçivəsində inşa ediləcək yüksək sıxlıqlı polietilen zavodunun təməlqoyma mərasimində iştirak edib.

Azərbaycan kimya sənayesinin inkişafını sürətləndirmək üçün 2013-cü ildə yaradılan “SOCAR Polymer” şirkətinin polipropilen və yüksək sıxlıqlı polietilen qurğuları prezident İlham Əliyevin sərəncamı ilə Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunur.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev dövlət başçısına görüləcək işlər barədə məlumat verib.

Diqqətə çatdırılıb ki, şirkətin iki qurğusu hər il 180 min ton polipropilen və 120 min ton yüksək sıxlıqlı polietilen istehsal edəcək. Bu qurğular 2018-ci ildə istismara veriləcək.

Daha sonra Azərbaycan prezidenti “Azərikimya” İstehsalat Birliyinin etilen-polietilen zavodunun açılışında iştirak edib.

Bu zavodun ərsəyə gəlməsində ulu öndər Heydər Əliyevin tarixi xidmətləri var. 1994-cü ildə “EP-300” və “Polimer-120” qurğularının əsasında yaradılmış etilen-polietilen zavodunun adı yeni bir müəssisə kimi ölkəmizin sənaye xəritəsinə yazılıb.

Son beş ildə zavodun enerji sistemində aparılan əsaslı təmir və yenidənqurma işlərinin nəticəsində istehsalatın elektrik enerjisi ilə fasiləsiz və etibarlı təchizatına imkan yaranıb, elektrik enerjisi, buxar və qaz itkilərinin qarşısı alınıb.

Dövlət başçısı zavodun kollektivi ilə görüşüb.

Sonra prezident zavodun butilen-butadien fraksiyasının hidrogenləşməsi və maye qazların kükürdlü birləşmələrdən təmizlənməsi qurğularını işə salıb.

14457604912133462850-1000x669 14457604916110611626-1000x669

www.yenicag.az

583
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv