İlham Əliyev indoneziyalı və gürcüstanlı həmkarını təbrik etdi

Prezident İlham Əliyev İndoneziya Respublikasının Prezidenti Coko Vidoya təbrik məktubu ünvanlayıb.

Yenicag.az xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident. İndoneziya Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə İndoneziya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost İndoneziya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm.”

***

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti Salome Zurabişviliyə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: “Hörmətli xanım Prezident,

Gürcüstanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Gürcüstan arasındakı münasibətlər tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış xalqlarımızın iradəsindən qaynaqlanır. Belə möhkəm təməllərə əsaslanan dövlətlərarası münasibətlərimizin yüksək səviyyəsi məmnunluq doğurur.

İnanıram ki, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız, qarşılıqlı etimad və dəstəyə əsaslanan strateji tərəfdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Gürcüstan xalqına əmin-amanlıq və firavanlıq arzulayıram”.

COP29