!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyev İranı ittiham etdi: "Bu ticarət Azərbaycana hörmətsizlik edəcək qədər önəmlidir?"

!Reklam – Yazi

“Müxtəlif kanallarla İran tərəfinə narazılığımızı ifadə edirdik”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Türkiyənin “Anadolu” Agentliyinə verdiyi müsahibəsində səsləndirib.

“Müxtəlif kanallarla İran tərəfinə narazılığımızı ifadə edirdik. Bu proses davam edir. Biz Laçın koridoru boyunca, o cümlədən Şuşa ətrafında kifayət qədər texniki imkanlara malikik. Gördük ki, TIR-lar müharibədən sonra da ora getməyə davam edir. Belə olan halda, Prezident Administrasiyasının əməkdaşlarına göstəriş verdim ki, İran səfiri ilə danışsınlar. Biz bunu rəsmiyyətə çəkmək istəmirik. Dostca danışsınlar və buna son verməsini söyləsinlər”, – deyə İlham Əliyev qeyd edib.

Xəbərdarlıqlara rəğmən, İranın davranışından əl çəkmədiyini qeyd edən İlham Əliyev Azərbaycanın yolları nəzarət altına aldığını qeyd edib:

“Orada 25 min insan yaşayır. Bu bazar o qədər önəmlidir? Bu ticarət dost və qardaş olaraq gördüyün ölkəyə açıq şəkildə hörmətsizlik edəcək qədər önəmlidir?”

İlham Əliyev İranın sərhədboyu hərbi təlimlər keçirməsinə də münasibət bildirib:

“Bu çox təəccüb doğuran məsələdir. Çünki 30 illik müstəqillik dönəmində belə hadisələr olmamışdı. Hər bir ölkə öz ərazisində istənilən hərbi təlim keçirə bilər. Ancaq bunu zaman kəsiyində analiz edəndə bunun heç bir zaman olmadığını görürük”.

www.yenicag.az

1199
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv