İlham Əliyev İrina Viner-Usmanovanı təltif etdi

Prezident İlham Əliyev İrina Viner-Usmanovanın “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Yenicag.az-ın məlumatına görə sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında idman sahəsində əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə İrina Aleksandrovna Viner-Usmanova “Dostluq” ordeni ilə təltif edilsin.