İlham Əliyev İsa Həbibbəyli ilə bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev İsa Əkbər oğlu Həbibbəylinin Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Yenicag.az xəbər verir ki, qərara əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilmiş İsa Əkbər oğlu Həbibbəyli bu vəzifəyə təsdiq edilib.