Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

İlham Əliyev Kent Loqsdonla görüşdü

Reklam: Sinerji Pro

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunda ABŞ-ın Dövlət katibi köməkçisinin birinci müavini Kent Loqsdonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Yenicag.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Dövlətimizin başçısı, ilk növbədə, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın göndərdiyi məktuba görə minnətdarlığını bildirdi, bunu güclü tərəfdaşlıq əlaqələrimizin göstəricisi kimi dəyərləndirdi və son bir neçə gündə ABŞ Prezidenti tərəfindən iki məktubun ünvanlanmasını yüksək qiymətləndirdi.

Qəbula görə minnətdarlığını bildirən Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunda ABŞ-ın Dövlət katibi köməkçisinin birinci müavini Kent Loqsdon Bakıda keçirilən XXVI Beynəlxalq “Xəzər Neft və Qaz-2019” sərgi və konfransında iştirakdan məmnunluqlarını bildirdi və bu mühüm tədbirin 26-cı ildönümü münasibətilə təbriklərini çatdırdı.

Prezident İlham Əliyev Azərbaycanda keçirilən XXVI Beynəlxalq “Xəzər Neft və Qaz-2019” sərgi və konfransının əhəmiyyətinə toxundu, tədbirin uzun illərdir ki, dünyanın aparıcı şirkətlərini cəlb etdiyini vurğulayaraq Amerika Birləşmiş Ştatlarının burada geniş şəkildə təmsil olunmasının önəmini qeyd etdi.

Söhbət zamanı “Cənub Qaz Dəhlizi” layihəsinin icrası, energetika, bərpa olunan enerji mənbələri, biznes sahəsində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunda ABŞ-ın Dövlət katibi köməkçisinin birinci müavini Kent Loqsdonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı, ilk növbədə, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın göndərdiyi məktuba görə minnətdarlığını bildirdi, bunu güclü tərəfdaşlıq əlaqələrimizin göstəricisi kimi dəyərləndirdi və son bir neçə gündə ABŞ Prezidenti tərəfindən iki məktubun ünvanlanmasını yüksək qiymətləndirdi.

Qəbula görə minnətdarlığını bildirən Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunda ABŞ-ın Dövlət katibi köməkçisinin birinci müavini Kent Loqsdon Bakıda keçirilən XXVI Beynəlxalq “Xəzər Neft və Qaz-2019” sərgi və konfransında iştirakdan məmnunluqlarını bildirdi və bu mühüm tədbirin 26-cı ildönümü münasibətilə təbriklərini çatdırdı.

Prezident İlham Əliyev Azərbaycanda keçirilən XXVI Beynəlxalq “Xəzər Neft və Qaz-2019” sərgi və konfransının əhəmiyyətinə toxundu, tədbirin uzun illərdir ki, dünyanın aparıcı şirkətlərini cəlb etdiyini vurğulayaraq Amerika Birləşmiş Ştatlarının burada geniş şəkildə təmsil olunmasının önəmini qeyd etdi.

Söhbət zamanı “Cənub Qaz Dəhlizi” layihəsinin icrası, energetika, bərpa olunan enerji mənbələri, biznes sahəsində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

www.yenicag.az

4790