Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İlham Əliyev: “Kimin dabanlarını yalayırsan, yala...”

Reklam: High Technic
“Biz işğalçını sülhə məcbur edirik”.
Yenicag.az xəbər verir ki, bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib.
O qeyd edib ki, onlar bizim gücümüzü, iradəmizi gördülər: “Gördülər ki, dünyada heç bir qüvvə bizim iradəmizə təsir edə bilməz”. “Kimə yalvarırsan yalvar, kimin ayağının altına yıxılırsan yıxıl, kimin dabanlarını yalayırsan yala biz ərazi bötüvlüyümüzü bərpa edəcəyik. İşğalçıya sonuncu dəfə şans veririk. Çıxın, öhdəlik götürün. Ermənistanın Baş naziri özünü nə hesab edir?” deyə dövlət başçısı qeyd edib.
Prezident bildirib ki, düşmən ölkənin rəhbərliyi tamamilə özünü itirmiş vəziyyətddədir: “Müxtəlif ölkələrə, müxtəlif ölkələrin başçılarına müntəzəm olaraq zəng edir. Dəfələrlə, gündə bir neçə dəfə yardım istəyir, imdad diləyir, yalvarır. Onların ayağının altına yıxılır. Özünü alçaldır ki, gəlin, bizi xilas edin. Onların xilasının yegənə yolu odur ki, torpaqlarımızdan çıxsınlar. Dəfələrlə bunu demişik”.

www.yenicag.az

209