İlham Əliyev Lukaşenko ilə telefonla danışdı

_AZpressAZ_ilham_eliyev_belarusiya_lukashenko_2Belarus prezidenti Aleksandr Lukaşenko ilə Azərbaycan prezidenti İlham Əliyev arasında telefon danışığı olub.

Bu barədə Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb.

“Telefon danışığında prezidentlər qarşılıqlı ticari əlaqələrin fəallaşdırılmasına hazır olduqlarını bildiriblər. Belarus tərəfi gələcəkdə üçüncü ölkələrin bazarına çıxmaq məqsədilə Azərbaycanla bütün sahələr üzrə birgə istehsalın yaradılması məsələsini nəzərdən keçirməyə hazırdır. Dövlət başçıları beynəlxalq gündəlikdə olan məsələləri müzakirə edib, ikitərəfli münasibətlərin strateji xarakterini vurğulayıblar”, – deyə məlumatda qeyd edilir.