!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyev Makronla hansı məsələləri müzakirə edəcək? - ŞƏRH

!Reklam – Yazi

“Hesab edirəm ki, Azərbaycan prezidenti İlham Əliyevin Parisə rəsmi səfəri çox faydalı olacaq”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Azərbaycan dövlət başçısının həftəsonuna yaxın Parisə gözlənilən səfəri və fransalı həmkarı Emmanuel Makronla görüşündə hansı məsələlərin müzakirə predmeti olacağına münasibət bildirərkən Milli Məclis Aparatının analitik informasiya şöbəsinin müdiri Aydın Ağayev deyib.

Ağayevin fikrincə, səfər çərçivəsində əsas müzakirə mövzusu sözsüz ki, Dağlıq Qarabağ problemi ola bilər: “Fransa Azərbaycan üçün əhəmiyyətli aparıcı Avropa dövlətlərindən biridir. Azərbaycan hər zaman Fransa ilə əlaqələri genişləndirməkdə maraqlı olub. Ötən illər ərzində Parislə münasibətlərdə əldə olunan irəliləyişlər bunu bir daha göstərir.

Fransa həmçinin ATƏT-in Minsk qrupunun həmsədrlərindəndir. Ona görə bu amili də nəzərə almaq lazımdır. Azərbaycan həmişə çalışıb ki, Parisin Dağlıq Qarabağ probleminin ədalətli həllinə töhfəsi daha çox olsun. Azərbaycan hər zaman buna çalışıb. İkinci bir tərəfdən, Fransa ilə Azərbaycanın mədəni-humanitar mahiyyət kəsb edən fəal işləri olub və belə bir fəaliyyət hər iki tərəfdən müsbət qarşılanıb. Fransada həmişə Azərbaycan prezidenti çox yaxşı qarşılanıb. Ona qarşı yaxşı münasibət olub. Təbii ki, Parislə münasibətlərdə Dağlıq Qarabağ probleminin müzakirəsi ölkəmiz üçün ən mühüm məsələdir. İndiki şəraitdə münaqişə ətrafında mövcud olan vəziyyətdən çıxış edərək deyə bilərik ki, münasibət Azərbaycanın ərazi bütövlüyü çərçivəsində bildirilir. Belə bir şəraitdə problemin həlli istiqamətində Fransanın mövqeyində ədalətli münasibətin daha bariz şəkildə önə çıxması çox arzuolunandır. Əlbəttə ki, Fransada Azərbaycanın əleyhdarları, düşmənimizə xidmət edən güclü lobbi də var. Olsun, bunlar bizi heç cürə qorxutmur. Bu bir reallıqdır, tarixən düşmənlərimiz Fransada məskunlaşıb, burada çox fəaldırlar. Bütün bunlar ölkəmizi ədalət uğrunda mübarizədən qətiyyən çəkindirə bilməz və çəkindirmir. O mənada ki, Azərbaycan haqq-ədalətin bərpasını tələb edir. Ona görə də hesab edirəm ki, Azərbaycan prezidenti İlham Əliyevin Parisə səfəri çox faydalı olacaq. Azərbaycanın Ermənistanla müqayisədə mövcud mövqeyi, gücü, qüdrəti, regionda yeri, enerji təhlükəsizliyinə verdiyi böyük töhfəsi, Fransa ilə formalaşmış mədəni-humanitar əlaqələri, ölkəmizin ədalətli mövqeyini burada başa düşən qrup və mərkəzlərin sayının artması fonunda Fransa ilə işləmək üçün əlverişli şərait getdikcə genişlənir. Görüş fonunda əsas müzakirə ediləcək məsələ sözsüz ki, Dağlıq Qarabağ məsələsidir. Görüşün gedişində digər məsələlər də müzakirə predmeti ola bilər. Azərbaycan-Fransa ikitərəfli münasibətlərində iqtisadi aspektdə enerji məsələlərinin diqqət mərkəzində olacağı gözləniləndir. Amma Dağlıq Qarabağ probleminin müzakirəsi daha vacibdir. Çünki Azərbaycan üçün bundan ağır bir məsələ yoxdur”.

Qeyd edək ki, Fransanın Bakıdakı səfiri Aureliya Buşez Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 20-də Parisə rəsmi səfər edəcəyini bildirib. Səfirin sözlərinə görə, səfər çərçivəsində Emmanuel Makronla İlham Əliyev arasında ilk rəsmi görüş olacaq.

ELÇİN

www.yenicag.az

5018
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv