İlham Əliyev maldivli həmkarını təbrik etdi

Prezident İlham Əliyev Maldiv Respublikasının Prezidenti Abdulla Yamin Abdul Qəyyuma təbrik məktubu ünvanlayıb.

Yenicag.az xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident,

Maldiv Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Maldiv xalqına sülh və tərəqqi arzulayıram”.