Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

"İlham Əliyev məni təəccübləndirdi" - 25 yaşlı çempion

Reklam: High Technic

O, Bakıya 2015-ci ildə də gəlmişdi. Həmin il paytaxtımızda keçirilən I Avropa Oyunlarında gümüş medal qazanan türkiyəli karateçi bu dəfə “küləklər şəhəri”ni çempion kimi tərk etdi.

Söhbət 68 kq. çəki dərəcəsində mübarizə aparmış Məltəm Hocaoğlundan gedir.

Yeniçağ.Az saytına müsahibə verən 25 yaşlı Məltəm Bakı təəssüratlarından danışıb.

– Azərbaycanı IV İslam Həmrəyliyi Oyunlarının qalibi kimi tərk edirsiniz. Bakıdan hansı təəssüraftlarla ayrılırsız?

18493930_1455615317829623_386496129_o– 2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarında da iştirak etmişdim. Həmin vaxt da Atletlər Kəndində məskunlaşmışdıq. Hər şey çox gözəl idi. Təşkilatçılığa söz ola bilməz. Bakı elə bir şəhərdir ki, özümü Azərbaycanın paytaxtında yad hiss etmirəm.

– Çempion olanda hansı hissləri keçirtdiniz?

– İlk dəfədir ki, İslam Həmrəyliyi Oyunlarına qatılıram. Yarışın Bakıda keçirilməsi mənim üçün xüsusi anlam daşıyırdı. Buna görə çox xoşbəxt oldum. Çünki “Baku-2015″də gümüş medal qazanmışdım. Bir həftə əvvəl də Avropa çempionatında gümüş medal qazandım. Bir həftə ərzində iki final matçı keçirtmək məni daha da xoşbəxt etdi.

– Deməli, Bakı sizin üçün düşərli şəhərdir…

– Əlbəttə. Bakı mənim uğurlu şəhərimdir.

– “Bakı-2017″də sizi təəccübləndirən nə oldu?

18578976_1455614604496361_775411061_n– Azərbaycan prezidenti İlham Əliyevin mükafatlandırma mərasiminə qatılması məni çox təəccübləndirdi. Bu, onun karateyə göstərdiyi qayğının nəticəsidir. Tez-tez qarşıma Rafael Ağayev başda olmaqla, bir çox idmançılarınızın prezidentlə şəkilləri çıxır.

– Maraqlıdır, qızıl medala görə, nə qədər mükafat alacaqsınız?

– İnanıram ki, alacağım mükafat məni qane edəcək səviyyədə olacaq. Hazırda bu barədə qərar vermək üzrədirlər. Biz adətən, mükafatı yaxın üç ay ərzində alırıq. Türkiyədə işlər belədir. Bu da qızıl medal sevincimə bir dəstəkdir.

EMİN SƏFƏROV
Yeniçağ.az

www.yenicag.az

461