“Əgər biz vaxtında qabaqlayıcı tədbirlər görməsəydik, bu gün Azərbaycanda xəstələrin sayı 1 000 yox, 10 min, 20 min, bəlkə də daha çox olardı”.
Yenicag.az xəbər verir ki, bu sözləri ölkə başçısı İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında keçirdiyi iclasda çıxışı zamanı bildirib.
Ölkə başçısı İlham Əliyev çıxışında qeyd edib ki, son günlərdə yoluxanların sayı ilə sağalanların sayı arasında dinamika müsbətdir. Bunun başlıca səbəbi isə görülmüş tədbirlərdir:
“Demək olar ki, böyük imkanlara malik olan ölkələrin səhiyyə sistemi böhran içindədir. Bu, təbiidir. Çünki xəstəliyin yayılma sürəti o qədər genişdir və o qədər tez yayılır ki, heç bir ölkənin səhiyyə sistemi buna davam gətirə bilməz. Ona görə də bizim əsas məqsədimiz yoluxma hallarında müşahidə olunan artımın qarşısını almaq idi. Bu yoluxma zəncirini qırmaq idi”.
Gülşən Şərif