İlham Əliyev Mərakeş kralını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Mərakeş kralını ölkəsinin Milli bayramı-Taxt-Tac Günü münasibətilə təbrik edib.

Yenicag.az-ın xəbərinə görə, Kral Əlahəzrət VI Məhəmmədə ünvanlanan təbrik məktubunda deyilir:

“İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Mərakeş münasibətlərinin hərtərəfli inkişafı və daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik”.