İlham Əliyev Mingəçevirdədir

Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mingəçevir şəhərinə səfər ediblər.

Yenicag.az-ın məlumatına görə, dövlət başçısı və xanımı Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsi önünə gül dəstəsi qoyublar.

Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov Mingəçevirdə görülən abadlıq-quruculuq işləri barədə prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verib.