İlham Əliyev Misirə gedəcək

????????????????????????????????????

Yaxın zamanda Azərbaycan Prezidenti İlham Əliyevin Misirə rəsmi səfəri gözlənilir.

Bu barədə Misirin ali təhsil naziri Əşrəf Əş-Şiha bu ölkədə səfərdə olan azərbaycanlı jurnalistlərə bildirib.

Onun sözlərinə görə, İ.Əliyevin səfəri Misir prezidenti Əbdül Fəttah əs-Sisinin dəvəti ilə baş tutacaq.

“Səfər zamanı ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunacaq”, – nazir qeyd edib.

O vurğulayıb ki, Azərbaycan və Misir arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində sıx dostluq əlaqələri mövcuddur.(Report)