İlham Əliyev Mixail Timofeyevi təltif edi

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Mixail Valeryeviç Timofeyevin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Yenicag.az xəbər verir ki, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında idmanın inkişafındakı xidmətlərinə görə Timofeyev “Tərəqqi” medalı ilə təltif edilsin”.