İlham Əliyev NATO baş katibi ilə görüşüb

Belçika Krallığında işgüzar səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev NATO baş katibi Yens Stoltenberqin dəvəti ilə Alyansın mənzil-qərargahında olub.

Yenicag.az xəbər verir ki, Y. Stoltenberq İ. Əliyevi qarşılayıb.

Rəsmi foto çəkdirildikdən sonra prezident İlham Əliyevin və NATO baş katibi Yens Stoltenberqin görüşü olub.