!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İlham Əliyev Naxçıvanda verdiyi mesajlarla Moskvanı “tərksilah” etdi” - ŞƏRH

!Reklam – Yazi

“Sergey Lavrov kimi fiqurların sözlərinə yox, əməllərinə diqqət yetirmək lazımdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya səfərinin gündəliyi və aparılan müzakirələrin mümkün nəticələrini dəyərləndirən politoloq Elxan Şahinoğlu deyib.

Elxan Şahinoğlunun sözlərinə görə, prezident İlham Əliyevin ötən gün Naxçıvanda səsləndirdiyi müəyyən fikirlər rusiyalı naziri müəyyən mənada “tərksilah” edib:

“İlham Əliyev açıq şəkildə bildirdi ki, Dağlıq Qarabağ üçün status məsələsi artıq gündəlikdən çıxıb və o məsələ müzakirə edilməyəcək. Naxçıvandan verilən bu mesajdan sonra Lavrovun o məsələni müzakirəyə çıxarmasının əhəmiyyəti qalmadı. Bəziləri rusiyalı nazirin açıqlamalarını əsas götürərək, həmin fikirlərin Azərbaycanın xeyrinə olduğunu düşünsə də, əslində, onun dedikləri ümumi xarakterli fkirlər idi. Lavrov kimi fiqurların sözlərinə yox, əməllərinə diqqət yetirmək lazımdır. Əvvəllər də yerinə yetirilməyən çox vədlər verilib.

Lavrov dünən YUNESKO-nun adını çəkərək, həmin qurumun Qarabağdakı müəyyən ərazilərə baxış keçirməsini təklif edib. Bu, Azərbaycanın mövqeyi ilə uyğun deyil. Təbii sual yaranır, Azərbaycan əraziləri 30 ilə yaxın müddətdə işğal altında olanda, YUNESKO niyə hərəkətə keçmirdi? Axı erməni vandalizmi nəticəsində çox sayda tarixi abidələrimiz, məscidlərimiz məhv edilirdi. Yaxşı, indi gəlsələr, nəyə baxacaqlar, nəyi yoxlayacaqlar?

Ceyhun Bayramovla Lavrovun görüşündən sonra nəzərdə tutulan mətbuat konfransında bizim jurnalistlərə şərait yaratmaq lazımdır ki, rusiyalı nazirə ən aktual sualları verə bilsinlər”.

Politoloqun fikrincə, Lavrovla aparılan müzakirələrin nəticələrini görmək üçün müəyyən zaman ehtiyac var:

“Nəticəni görmək üçün mətbuat konfransını gözləmək lazımdır. Yəqin ki Lavrov mətbuat konfransında da ümumi danışacaq. Rusiya çalışır ki, indiki vəziyyətdə nə Ermənistanın, nə də Azərbaycanın xətrinə dəysin. Lakin kobud desək, Rusiya kifayət qədər Azərbaycanın xətrinə dəyib. Bunu son sübutlarından biri elə Şuşaya atılan “İsgəndər-M” raketləridir. Digər tərəfdən, Rusiya ATƏT-in Minsk qrupunun fəaliyyətinin bərpasına çalışsa da, İlham Əliyev Azərbaycanın o formata ehtiyacının olmadığını bəyan edib. Dövlət başçısı öz növbəsində çox məntiqi suallar səsləndirdi. Prezident konkret sual verdi ki, əgər münaqişə həll edilməyibsə, o zaman 10 noyabr bəyanatı nədir? Həmin sənəd atəşkəs bəyanatı deyildi”.

Səxavət Məmməd

www.yenicag.az

745
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv