Azərbaycan Prezidenti İlham Əliyev Omanın Sultanı Əlahəzrət Heytəm bin Tariq Al Səidə məktub ünvanlayıb.
Yenicag.az xəbər verir ki, məktubda deyilir:
“Oman Sultanlığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Oman xalqına daim firavanlıq və əmin-amanlıq diləyirəm”.