İlham Əliyev Oman və Laosun səfirlərinin etimadnaməsini qəbul etdi – FOTO

Prezident İlham Əliyev avqustun 2-də Oman Sultanlığının Azərbaycanda yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Qasim Mohammad Salim Al Salhinin etimadnaməsini qəbul edib.

Yenicag.az xəbər verir ki, dövlət başçısı Laos Xalq Demokratik Respublikasının Azərbaycanda yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Sivienqpxet Pxetvorasakın etimadnaməsini qəbul edib.