Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İlham Əliyev özbəkistanlı həmkarını təbrik etdi

Reklam: High Technic

Prezident İlham Əliyev özbəkistanlı həmkarı Şavkat Mirziyoyevi və Özbəkistan xalqını Novruz bayramı münasibətilə təbrik edib.

Yenicag.az xəbər verir ki, bu barədə məlumat Özbəkistan prezidentinin rəsmi saytında yerləşdirilib.

Təbrikdə deyilir:

“Hörmətli Şavkat Miromonoviç!

Novruz bayramı münasibətlə öz adımdan və Azərbaycan xalqı adından Sizə və xalqınıza ən xoş arzularımı çatdırıram.

Təbiətə yeni düzən və oyanış gətirən bu gözəl bayram insanları xeyirxahlığa səsləyir.

Əminəm ki, bu bahar bayramı xalqlarımıza xoş əhval-ruhiyyə, sevinc və bolluq bəxş edəcəkdir.

Fürsətdən istifadə edərək, Sizə möhkəm can sağlığı, işlərinizdə uğurlar, qardaş Özbəkistan xalqına sülh və rifah arzulayıram.

Hörmətlə, İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti”

www.yenicag.az

535