“Beləliklə, bu gün biz güclü qardaşlıq əlaqələrini bir daha vurğuladıq. Pakistan bizim üçün ən yaxın dost və qardaşlardan biridir”.
Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şəriflə birgə təşkil olunan mətbuat konfransında deyib.
Dövlət başçısı ölkələr arasında əlaqələrin inkişaf etdiyini bildirib:
“Hər iki tərəfdən qonaqların artan sayı haqqında bizə məlumat verildi. Dövri əsaslarla uçuşlara gəldikdə, əminəm ki, onların sayı artacaq. Cəmiyyətlərimizin nümayəndələri arasında daha çox qarşılıqlı əlaqənin şahidi olacağıq”.