İlham Əliyev polisləri təbrik etdi – Yenicag.Az

Reklam

Reklam

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan polisinin yaranmasının 100 illik yubileyi münasibətilə Azərbaycan Respublikası polis orqanlarının şəxsi heyətini təbrik edib.

Yenicag.az xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli polis əməkdaşları və veteranları!

Sizi Azərbaycan polisinin yaranmasının 100 illik yubileyi münasibətilə təbrik edirəm. Bu tarix yalnız ölkəmizin daxili işlər orqanları üçün deyil, bütünlükdə müstəqil Azərbaycan dövləti üçün əlamətdar hadisədir.

1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə ilk polis orqanları yaradılmış və bununla da Azərbaycan polisinin əsası qoyulmuşdur.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1969-cu ildə respublikaya rəhbər seçildikdən sonra Daxili İşlər Nazirliyi əməkdaşlarının vətənpərvərlik ruhunda təlim-tərbiyəsinə və peşəkarlığının artırılmasına xüsusi önəm vermişdir.

1991-ci ildə yenidən dövlət müstəqilliyini bərpa etmiş respublikamızda baş verən dağıdıcı proseslər, yaranmış hakimiyyət böhranı və idarəolunmaz vəziyyət dövlətçiliyin əsas sütunlarından olan polis orqanlarına da mənfi təsir göstərmişdi. Ölkədə cinayətkarlıq kəskin şəkildə artmış, kriminogen durum nəzarətdən çıxmışdı. Yalnız 1993-cü il iyunun 15-də xalqın təkidi ilə ümummilli lider Heydər Əliyevin Azərbaycana siyasi rəhbərliyə qayıtması dövlətçiliyimizi uçurumdan xilas etdi. Ulu Öndərin rəhbərliyi ilə ölkədə ictimai-siyasi sabitlik təmin edildi, daxili işlər orqanlarının fəaliyyətində əsaslı dönüş yaradıldı və onun sıraları dövlətinə və xalqına sədaqətli şəxsi heyətlə komplektləşdirildi.

Bu gün Heydər Əliyev siyasəti uğurla davam etdirilir. Ulu Öndərin qoyduğu təməllər üzərində güclü dövlət qurulmuşdur. Ölkəmizdə siyasi sabitlik, əmin-amanlıq hökm sürür, qanunun aliliyi təmin edilir, insan hüquqları ədalətli şəkildə qorunur.

Hazırda Azərbaycan polisi güclü nizam-intizama, yüksək peşəkarlığa malik, müasir maddi-texniki imkanlarla təchiz edilmiş, dövlətçiliyimizin qorunması işində önəmli xidmətləri olan mühüm dövlət təsisatıdır.

Dövlət tərəfindən daxili işlər orqanları əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində daim kompleks tədbirlər həyata keçirilir və bu sahədə dövlət qayğısı gələcəkdə də davam etdiriləcək. Öz növbəsində, Azərbaycan polisi fəaliyyətini müasir tələblərə uyğun təkmilləşdirməli, cinayətkarlığa qarşı mübarizəni daha böyük əzmlə və qətiyyətlə aparmalıdır.

Əminəm ki, daxili işlər orqanlarının şəxsi heyəti bundan sonra da vəzifələrini şərəflə yerinə yetirəcək.

Sizi bir daha əlamətdar yubiley münasibətilə təbrik edir, dövlətimiz və cəmiyyətimiz üçün önəmli fəaliyyətinizdə yeni uğurlar arzulayıram”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1191
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."