“GUÖAM iştirakçısı olan dövlətlər arasında azad ticarət zonasının yaradılması haqqında Sazişə dair malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları barədə Protokol” təsdiq edilib.
Yenicag.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı Qanun imzalayıb.
Protokol 2022-ci il sentyabrın 20-də Nyu-York şəhərində imzalanıb.