İlham Əliyev, Putin və Paşinyan görüşür – 9 noyabr bəyanatı müzakirə ediləcək

Yanvarın 11-də Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli danışıqlar aparılacaq.

Yenicag.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Tərəflər 9 noyabr üçtərəfli bəyanatın icrasını, bölgədəki problemlərin həlli istiqamətində addımları müzakirə etməyi planlaşdırırlar.