İlham Əliyev Putinə başsağlığı verdi

prezident bassagligi azvAzərbaycan Prezidenti İlham Əliyev Rusiyanın dövlət başçısı Vladimir Putinə başsağlığı məktubu göndərib.

Məktubda deyilir:

“Kareliyadakı Syamozero gölündə fırtına nəticəsində uşaqların həlak olması xəbəri məni dərindən kədərləndirib.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm”.