!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyev Putinlə danışdı: Nələr müzakirə olundu?

!Reklam – Yazi

Azərbaycan Prezidenti İlham Əliyevlə rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı baş tutub.

Yenicag.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, tərəflər Cənubi Qafqazda iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının bərpası üçün üçtərəfli formatda işlərin intensivləşdirilməsinə xüsusi diqqət ayırıblar.

“Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Qarabağla bağlı 9 noyabr 2020-ci il və bu il 11 yanvar tarixli müqavilələrinin həyata keçirilməsinin praktik aspektləri nəzərdən keçirildi”, – Kremldən verilən məlumatda bildirilib.

Putin və Əliyev Rusiya-Azərbaycan strateji tərəfdaşlığını daha da gücləndirmək üçün qarşılıqlı səylərini bir daha təsdiqləyiblər. Liderlər müxtəlif səviyyələrdə təmasları davam etdirmək barədə razılığa gəliblər.

Telefon söhbətinin Prezident İlham Əliyevin təşəbbüsü ilə baş tutduğu vurğulanıb.

www.yenicag.az

791
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv