!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyev qəbullar keçirdi – Fotolar

!Reklam – Yazi

Ilham_Aliyev_090712_albomerft911Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 26-da Gürcüstanın daxili işlər naziri Giorgi Mqebrişvilini qəbul edib.

Gürcüstana bu yaxınlarda etdiyi uğurlu rəsmi səfərini məmnunluqla xatırlayan dövlət başçısı səfər zamanı ikitərəfli münasibətlər, o cümlədən regional əməkdaşlıq və təhlükəsizlik ilə bağlı mühüm məsələlərin müzakirə olunduğunu vurğulayıb. Regionda təhlükəsizliyin təmin olunması işində ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın rolunu xüsusi qeyd edən Prezident İlham Əliyev bu istiqamətdə əlaqələrin daha da möhkəmləndirilməsinin önəmini vurğulayıb.

Daxili işlər naziri Giorgi Mqebrişvili Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin və Baş nazir İrakli Qaribaşvilinin salamlarını dövlətbaşçısına çatdırıb. Hüquq mühafizə orqanları arasında əməkdaşlığa toxunan Gürcüstanın daxili işlər naziri xüsusilə dünyada terrorun və cinayətkarlığın hökm sürdüyü bir vaxtda ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinin önəmini qeyd edib. O, ölkəsinin Azərbaycan ilə mədəni və sosial sahələrdə də əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb.

Dövlət başçısı Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin və Baş nazir İrakli Qaribaşvilinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Gürcüstanın Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bugün Fransa Respublikasının Desentralizasiya və Dövlət Qulluğu üzrə Nazirliyinin regionların islahatları məsələləri üzrə dövlət katibi, hökumət üzvü Andre Vallinin başçılıq etdiyi nümayəndə heyətini də qəbul edib.

Ölkələrimiz arasında güclü dostluq əlaqələrinin mövcud olduğunu qeyd edən Andre Valli bildirdi ki, bu dostluq əlaqələri Azərbaycan Prezidenti İlham Əliyev ilə Fransa Prezidenti Fransua Ollandı birləşdirən şəxsi münasibətlər nəticəsində daha da güclənib.

Prezident İlham Əliyev bu yaxınlarda Parisdə törədilmiş terror aktı ilə bağlı bir daha Azərbaycan xalqı adından Fransa xalqına başsağlığı verib. Fransa Prezidenti Fransua Ollandın Azərbaycana iki dəfə səfər etməsini və özünün isə Fransaya çoxsaylı səfərlərini xatırlayan dövlətimizin başçısı bütün bunları ikitərəfli əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirib.

Parisdə törədilən terrorla bağlı Prezident İlham Əliyevin başsağlığından təsirləndiyini bildirən Andre Valli Azərbaycana səfərinin ilk günündən terror qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq Fransanın Bakıdakı səfirliyinin qarşısına əklil və gül dəstələrinin düzülməsinin şahidi olduğunu və Azərbaycan xalqının Fransanın dərdinə şərik çıxmasını ifadə edən mesajları oxuduğunu deyib. O, bütün bunları Prezident İlham Əliyevin və Azərbaycan xalqının Fransa xalqının dərdinə şərik çıxmasının göstəricisi kimi qiymətləndirib.

Görüşdə Azərbaycan ilə Fransa arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, kosmik sənaye, müdafiə, təhsil, mədəniyyət və digər sahələrdə daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

www.yenicag.az

553
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv