İlham Əliyev Ramazan Abdulatipovu “Dostluq” ordeni ilə təltif etdi

prezident_ser1Prezident İlham Əliyev R.H.Abdulatipovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası, həmçinin Azərbaycan və Dağıstan xalqları arasında dostluq, əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə Ramazan Hacımuradoviç Abdulatipov “Dostluq” ordeni ilə təltif edilsin.