İlham Əliyev Ruhaniyə zəng etdi

n3038342-4835628Bu gün Azərbaycan prezidenti İlham Əliyev İran prezidenti Həsən Ruhaniyə telefonla zəng edib.

Telefon danışığı zamanı İlham Əliyev İrana səfəri zamanı ona və rəhbərlik etdiyi nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə Həsən Ruhaniyə təşəkkür edib və səfərin nəticələrindən çox məmnun olduğunu bildirib. Qeyd edilib ki, iki ölkə arasında əməkdaşlıq əlaqələrinin yeni səhifəsi açılıb.

Danışıq zamanı tərəflər, həmçinin ikitərəfli və regional əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.

İlham Əliyev Həsən Ruhanini bir daha Azərbaycana səfərə dəvət edib.