Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

İlham Əliyev rusiyalı nazirlə görüşdü - FOTO

Reklam: Sinerji Pro

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 24-də Rusiya Federasiyasının Əmək və Sosial Müdafiə naziri Maksim Topilini qəbul edib.

Yenicag.az xəbər verir ki, söhbət zamanı Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlığa əsaslanan ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, sosial təminat sahəsində əlaqələr, təcrübə mübadiləsi məsələləri müzakirə edilib.

Görüşdə Rusiyada və Azərbaycanda sosial sahənin müxtəlif istiqamətləri ilə bağlı həyata keçirilən islahatlardan danışılıb, təcrübə mübadiləsinin aparılması üçün yaxşı imkanların olduğu qeyd edilib. Eyni zamanda, Maksim Topilinin səfəri zamanı müvafiq nazirliklər arasında imzalanacaq sazişin əhəmiyyətinə toxunulub.

Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

www.yenicag.az

4770
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM