İlham Əliyev Rusiyanın Suriya siyasətini DƏSTƏKLƏDİ

Ilham_Aliyev_090712_albomerft245“Rusiyanın Suriya ilə bağlı siyasətinə tamamilə bəraət qazandırmaq olar. Rusiya həmişə bildirir ki, ekstremistlərə, terrorçulara, radikallara qarşı səyləri birləşdirmək lazımdır”.

Bunu Azərbaycan prezidenti İlham Əliyev “RİA Novosti”yə müsahibəsində deyib.

Dövlət başçısı bildirib ki, terrorçular arasında yaxşı və pis deyə bölgü aparmaq yanlışdır. Onun sözlərinə görə, tarix dəfələrlə belə yanaşmanın bumeranq effekti yaradacağını sübut edib.

İlham Əliyev vurğulayıb ki, hazırda ərəb dünyasında vəziyyət eskalasiyaya doğru gedir.

“Bununla belə ümid edirəm ki, Suriya münaqişəsinin nizamlanması üzrə aparılan müzakirələr öz nəticəsini verəcək. Amma əsas məsələ odur ki, Suriya vahid dövlət halında qalmalıdır, onun ərazi bütövlüyü təmin olunmalıdır. Suriya xalqı öz taleyini müəyyən etməlidir. Mən bildiyim qədər bu tezislər sizə yaxındır. Biz bu mövqeni tamamilə bölüşürük. Məsələni bu kontekstdə həll etmək lazımdır”,-deyə prezident İlham Əliyev əlavə edib.