Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın Ankaradakı səfirinin ölümü ilə həmkarı Vladimir Putinə başsağlığı verib.
Yenicag.az xəbər verir ki, prezident Azərbaycanın bu qanlı terror cinayətini qətiyyətlə və qeyd-şərtsiz pislədiyini bildirib.
“Rusiyanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Andrey Gennadyeviç Karlovun faciəli ölümü barədə xəbər məni dərindən sarsıtdı. Biz bu qanlı terror cinayətini qətiyyətlə və qeyd-şərtsiz pisləyirik. Sizə, həlak olmuş səfirin ailəsinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”, – deyə İlham Əliyev bildirib.
Yenicag.az