İlham Əliyev seneqallı həmkarını təbrik etdi

Prezident İlham Əliyev Seneqalın Prezidenti Maki Salla təbrik məktubu göndərib.

Yenicag.az xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident, Seneqal Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Seneqal arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik”.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Seneqal xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm”.