İlham Əliyev sərəncam imzaladı

ilham_eliyev_imza6Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Nikita Sergeyeviç Mixalkovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafında xüsusi xidmətlərinə görə Nikita Sergeyeviç Mixalkov “Dostluq” ordeni ilə təltif edilsin”.