İlham Əliyev sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycanın Almaniya Federativ Respublikasındakı Səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzinin yaradılması haqqında sərəncam imzalayıb.

Yenicag.az xəbər verir ki, sərəncamda qeyd edilir:

“Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzi yaradılsın.

Nazirlər Kabinetinə tapşırılır ki, bu Sərəncamın 1-ci hissəsi ilə yaradılan Mədəniyyət Mərkəzinin fəaliyyətinin təmin edilməsi ilə bağlı zəruri tədbirləri həyata keçirsin”.