Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Əminə Dilbazinin 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
Yenicag.az xəbər verir ki, sərəncamda deyilir:
1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Xalq artisti Əminə Dilbazinin 100 illik yubileyi ilə əlaqədar tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.