İlham Əliyev sərəncam imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dilarə Bağır qızı Seyidzadənin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Yenicag.az xəbər verir ki, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Dilarə Bağır qızı Seyidzadə “Şərəf” ordeni ilə təltif edilsin”.