Azərbaycan Prezidenti İlham Əliyev UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda təşkili və keçirilməsində fəal iştirak etmiş şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, 2019-cu il 30 iyun–10 iyul tarixlərində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakı şəhərində yüksək səviyyədə təşkili və keçirilməsində, həmçinin Şəki şəhərinin tarixi mərkəzi ilə birgə Şəki Xan Sarayının Dünya İrs Siyahısına salınmasında fəal iştirak etmiş aşağıdakı şəxslər təltif edilirər:
1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Qarayev Əbülfəs Mürsəl oğlu
2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Məmmədəliyeva Sevda Yusuf qızı
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Kərimov Anar Qabil oğlu
“Tərəqqi” medalı ilə
Abbəkirov Ramil Ələkbər oğlu
Axundov Tamerlan Məmmədbağır oğlu
Əliyev Rəşad Rahib oğlu
Həsənov Seymur Qadir oğlu
İbrahimova Xumar Asif qızı
Qəmbərova Təranə Əlikram qızı.