İlham Əliyev sərəncam imzaladı – TƏYİNAT

Azərbaycanın Ədliyyə nazirinə yeni müavin təyin edilib.

Yenicag.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Eldar Qasım oğlu Nuriyev Ədliyyə nazirinin müavini vəzifəsinə təyin olunub.

E.Nuriyev bu ilin noyabrında Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri vəzifəsindən azad edilib.

COP29