İlham Əliyev Şimon Peresi qəbul edib

236090Azərbaycan prezidenti İlham Əliyev İsrail Dövlətinin sabiq prezidenti Şimon Peresi qəbul edib.

Görüşdə prezident İlham Əliyevlə Şimon Peresin bundan əvvəl Bakıda və Davosda keçirilən görüşləri məmnunluqla xatırlanıb.

İsrailin sabiq prezidenti ölkəmizə budəfəki səfəri zamanı paytaxt Bakıda böyük inkişaf proseslərinin şahidi olduğunu deyib.

Söhbət zamanı Azərbaycanla İsrail arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.