İlham Əliyev Şirvanda səfərdədir

Prezident İlham Əliyev iyunun 23-də Şirvan şəhərinə səfər edib.

Dövlət başçısı əvvəlcə Heydər Əliyevin Şirvan şəhərinin mərkəzindəki abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov abidənin ətrafında görülmüş abadlıq işləri barədə prezidentə məlumat verib.

Yenicag.az