Bu gün Milli Olimpiya Komitəsində 2017-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib.
Yenicag.az xəvər verir ki, iclasda Azərbaycan prezidenti İlham Əliyevlə yanaşı, onun xanımı, Birinci vitse-prezident Mehriban Əliyeva da iştirak ediblər.
Dövlət başçısı çıxış etdikdən sonra 2017-ci ildə yüksək nailiyyətlər qazanan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim edib.
Təltif olunanların siyahısında “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl də var. Ona Azərbaycan Respublikası Prezidentinin fəxri diplomunu təqdim edilib.