İlham Əliyev Tahir Süleymanovu təltif etdi

Azərbaycan Prezidenti İlham Əliyev Tahir Süleymanovun “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Yenicag.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Tahir Süleyman oğlu Süleymanov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilir.