İlham Əliyev Tehrana gedir – Səfərin vaxtı açıqlandı

5c61581d4924230d128685f195e060feca4f89321Azərbaycan prezidenti İlham Əliyev fevralın 23-də İrana rəsmi səfər edəcək.

Bu barədə İranın informasiya-telekommunikasiya naziri Mahmud Vaezinin Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevlə Tehrandakı görüşü zamanı bildirib.

Vaezinin sözlərinə görə, səfər zamanı Azərbaycanla İran arasında bir sıra sahələrdə əməkdaşlığa dair 10-dan çox sənəd imzalanacaq.