İlham Əliyev Tehrandadır – Foto

ilhamaliyevtehranAzərbaycan Prezidenti İlham Əliyevin İrana rəsmi səfəri başlayıb.

Prezidenti və onu müşayiət edən nümayəndə heyətini Tehranın Mehrabad hava limanında İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi qarşılayıb.

Məlumata görə, ölkə başçısının Sadabet Sarayında rəsmi qarşılanma mərasimi olacaq.

Qeyd edək ki, İlham Əliyev İrana həmkarı Həsən Ruhaninin dəvətilə yollanıb.(Aznews)