İlham Əliyev Trampa məktub göndərdi

Prezident İlham Əliyev ABŞ prezidenti Donald Trampa başsağlığı məktubu göndərib.

Yenicag.az-ın məlumatına görə, məktubda bildirilir:

“Hörmətli cənab Prezident!

Florida ştatının Parklend şəhərində məktəbdə törədilmiş silahlı hücum nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərdən olduqca kədərləndim.

Bu dəhşətli hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.

Qeyd edək ki, hadisə nəticəsində 17 nəfər həlak olub, 16 nəfər yaralanıb.

COP29