!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyev Trampdan danışdı

!Reklam – Yazi

prezidentilhamaliyevtramp“ABŞ-ın bütün aparıcı qəzetləri, o cümlədən “Vaşinqton Post”, “Nyu-York Tayms”, xəbər agentlikləri və başqaları xanım Klintonun qələbəsini proqnozlaşdırırdılar və ümumiyyətlə, mətbuatın bu məsələni necə işıqlandırması bizə məlumdur. Lakin nə baş verdi? Onların hamısı yanlışlığa yol verdi, yoxsa onların qiymətləndirməsi siyasi motivasiya daşıyırdı?”.

Yenicag.az Azərtac-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev dünyanın müxtəlif ölkələrindən olan jurnalistlərlə görüşündə deyib.

O, jurnalistlərə sual verib ki, seçkilərin mətbuatda işıqlandırılmasına müəyyən göstərişlər verilməsi ilə bağlı siyasi müdaxilə var idimi?: “Yoxsa həmin mətbu orqanlar proqnozda çox böyük yanlışlığa yol verdilər və müəyyən mənada onlara olan etimadı itirdilər”.

Sonra prezident ABŞ-ın yeni prezidenti Donald Tramp haqda fikirlərini açıqlayıb: “Şəxsi fikrim çox müsbətdir. Keçirilən sorğulara və Amerikanın aparıcı media qurumlarının gözləntilərinə baxmayaraq, ona qarşı aparılan aqressiv kampaniyaya baxmayaraq, Amerika xalqı ona böyük dəstək göstərdi, o, seçkilərdə qalib gəldi. Bu seçkilərə görə o, ancaq özünə borcludur. O, böyük hörmətə layiqdir.

Ümid edirik ki, əvvəlki illərdə ABŞ ilə Azərbaycan arasında inkişaf edən əlaqələr onun prezidentliyi dövründə uğurla davam edəcək. Əməkdaşlıq üçün bir çox sahə, o cümlədən siyasi, iqtisadi, enerji və başqa sahələr var. Dünyada da onun siyasəti üçün çox böyük gözləntilər var. Bunun üçün də Azərbaycan olaraq ona uğurlar arzulayırıq və düşünürəm ki, Azərbaycan xalqı seçkilərdə baş verənləri qiymətləndirir”.

www.yenicag.az

580
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv