İlham Əliyev tunisli həmkarını təbrik etdi

Prezident İlham Əliyev Tunis Prezidenti Beji Kaid əs-Sebsiyə təbrik məktubu göndərib.

Yenicag.az xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident, ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Tunis əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq daim genişlənəcək və inkişaf edəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Tunis xalqına sülh və rifah diləyirəm”.